“TRT Spor”da Qarabağdan danışdılar VİDEO

14.11.2024

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin TRT (Belgesel) kanalı “Qarabağ” Futbol Klubu barədə iki hissəlik sənədli film çəkib.

Sportal.az xəbər verir ki, “Qol atan cəbhəyə" adlı filmin ilk seriyası “TRT Belgesel” kanalında yayımlanıb. Türkiyədə kifayət qədər müsbət reaksiyalar doğuran filmdə “Qarabağ” klubunun nümayəndələri, Ağdam şəhərindən ziyalılar, “Qarabağ”ın azarkeşləri və klubun keçmiş futbolçusu-kapitanı-baş məşqçisi, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun bacısı Almaz Bağırova müsahib qismində iştirak ediblər. Türkiyənin məşhur idman jurnalisti Levent Özçelik “TRT Spor” kanalında aparıcısı olduğu verilişdə filmdən söz açıb, qonaqları ilə birlikdə “Qarabağ”ın cari Avropa Liqasının əsas mərhələ matçlarında çıxışları haqda danışılıb. Filmin ssenari müəllifi Erdal Hoş, ekspert Mustafa Sapmaz da film və komandanın hazırkı performansı barədə fikirlərini bildiriblər.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью