Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Öz istefasını elan edən Kanadanın Baş naziri Castin Trüdo Amerika tərəfinin “sadiq dostu”dur.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer növbəti brifinqdə bildirib.
"Baş nazir Trüdo Kanada hökumətinin başında olduğu on il ərzində ABŞ-ninn sadiq dostu olub. Biz yaxın müttəfiqlər, qonşular və G7-nin üzvləri kimi ölkələrimizin və dünyanın üzləşdiyi bir sıra məsələlərdə sıx əməkdaşlıq etmişik ", - deyə Ağ Evin sözçüsü bildirib.
Jan-Pier əlavə edib ki, Amerikanın hazırkı lideri Co Bayden əməkdaşlığa görə Kanadanın baş nazirinə minnətdardır.