Trüdo: Kanada ABŞ nin ədalətsiz tariflərinə dərhal cavab verəcək

04.03.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ administrasiyası Kanada mallarına rüsum tətbiq etsə, Kanada da dərhal cavab olaraq rüsumlar tətbiq edəcək.

APA xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo deyib.

"Kanada bu ədalətsiz qərarı cavabsız qoymayacaq. Əgər ABŞ-nin tarifləri bu gün qüvvəyə minərsə, o zaman Kanada ABŞ mallarına 155 milyard dollar, yəni (107,4 milyard ABŞ dolları) 25% rüsumla cavab verəcək", - Trüdonun bəyanatında deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью