Trüdo: Kanada ABŞnin 51ci ştatı olmayacaq

10.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Kanadanın baş naziri Castin Trüdo Donald Trampın ərazi iddialarına qarşılıq olaraq açıqlama verib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, o, D.Trampın Kanadanı ABŞ-nin 51-ci ştatına çevirəcəyi ilə bağlı iddiaları rədd edib: 

"Bu fikir başdan-başa absurddur. Kanadalılar kanadalı olduqları üçün böyük qürur hissi keçirirlər. Özümüzü müəyyən etməyin ən asan yollarından biri amerikalı olmamağımızdır. ABŞ prezidentinin Kanada iqtisadiyyatına zərər vurmaq üçün etdiyi hər şey Amerika istehlakçılarına da zərər verəcək. Kanada heç vaxt ABŞ-nin ştatına çevrilməyəcək".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью