Trüdo üçüncü dəfə etimadsızlıq səsverməsindən yayınıb

10.12.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Kanada parlamentinin İcmalar Palatası Baş nazir Castin Trüdonun hökumətinə etimadsızlıq səsverməsinin keçirilməsi təşəbbüsünü dəstəkləməyib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, təşəbbüsü İcmalar Palatasının 152 üzvü dəstəkləyib, 180-i isə əleyhinə çıxıb.

Qeyd edək ki, "Ipsos" şirkətinin keçirdiyi sorğuya əsasən, ölkə sakinlərinin üçdəikisindən çoxu Kanadanın Baş naziri Castin Trüdonun istefasını istəyir. Kanadada növbəti parlament seçkisi 2025-ci ilin oktyabrına təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью