Truman təyyarə gəmisi ilə toqquşduq

03.04.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə ABŞ-nin “Truman” təyyarə gəmisi ilə toqquşmaya giriblər.
Missiya.Az
"STAR"a istinadən xəbər verir ki, bunu Husi ordusunun sözçüsü Yəhya Seri deyib.
ABŞ-nin Səna, Səda və digər vilayətlərə ən azı 36 hava hücumu təşkil etdiyini qeyd edən Seri, nəticədə çoxlu sayda insanın öldüyünü və yaralandığını bildirib.
Qarşıdurmalarda çoxlu sayda qanadlı raket və pilotsuz uçan aparatlardan istifadə edildiyini və uzun saatlarla davam etdiyini vurğulayan sözçü “əməliyyatın məqsədinə çatdığını” əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью