Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbulu icazəsini dayandırıb.
APA xəbər verir ki, bu haqda “The Guardian” qəzeti məlumat yayıb.
"Sizə Harvard Universitetinin Beynəlxalq Tələbə və Akademik Mübadilə Proqramının lisenziyasının ləğv edildiyini bildirirəm", - ABŞ daxili təhlükəsizlik naziri Kristi Noemin universitetə göndərdiyi məktubda deyilir.
Qəzetin mənbələri qərarın Harvardda son aylarda aparılan araşdırmanın bir hissəsi olduğunu bildirib.