Trump Jr: Hamı başa düşdü ki, Co Bayden oğlu Hunteri əfv edəcək Doğru Xəbərlər

02.12.2024

Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp bildirib ki, ABŞ-ın hazırkı rəhbəri Co Baydenin oğlu Hunter Baydenin əfv edilməsi ilə bağlı qərarının gözlənilən idi.

Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Hər kəs bilirdi ki, o bunu edəcək” dedi Trump Jr.

O, həmçinin Baydenin bu qərarı yalnız ABŞ seçkilərində demokratlara zərər verə biləcəyi üçün gecikdirdiyini vurğulayıb.

Co Bayden daha əvvəl oğlu Hunteri əfv etmişdi . Respublikaçı deputat Marjorie Taylor-Greene deyib ki, Bayden öz qərarı ilə oğlunun cinayətkar olduğunu etiraf edib.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью