“Trump Media”nın səhmləri “Nasdaq”da 15% bahalaşıb

06.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın “Trump Media” şirkətinin səhmləri “Nasdaq” elektron birjasında 15% bahalaşıb.

“Report” xəbər verir ki, “Truth Social” sosial şəbəkəsinin sahibi “Trump Media & Technology Group Corp”un səhmləri 14,44% artaraq hər səhm üçün 39,3 dollara çatıb.

Bakı vaxtı ilə saat 22:25-də artım sürətlənib və qiymət hər səhm üçün 39,57 dollara (+15,23%) çatıb.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-da növbəti ümumi seçkilər keçirilir. Əhali prezidenti, Senatın üçdə birini və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorlarını seçirlər.

Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hazırkı hakim Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdırlar.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью