“Trump Media”nın səhmləri “Nasdaq”da kəskin bahalaşdı

05.11.2024

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın "Trump Media" şirkətinin səhmləri "Nasdaq" elektron birjasında 15% bahalaşıb.

Milli.Az report-a istinadən xəbər verir ki,"Truth Social" sosial şəbəkəsinin sahibi "Trump Media & Technology Group Corp"un səhmləri 14,44% artaraq hər səhm üçün 39,3 dollara çatıb.

Bakı vaxtı ilə saat 22:25-də artım sürətlənib və qiymət hər səhm üçün 39,57 dollara (+15,23%) çatıb.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-da növbəti ümumi seçkilər keçirilir. Əhali prezidenti, Senatın üçdə birini və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorlarını seçirlər.

Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hazırkı hakim Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdırlar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью