Icma.az, Sherg.az portalına istinadən məlumat yayır. Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp özünü ölkənin 47
xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə Floridada brifinqdə danışıb.
O, bununla özünün seçkilərdə qalib gəldiyini bildirib. Trump qeyd edib ki, bu, bizim ölkənin heç vaxt görmədiyi siyasi qələbədir.
Ölkəmizə bərpa olmağa kömək edəcəyik. Ona yardım lazımdır. Sərhədlərimizlə olan problemi, digər geri qalan problemləri həll edəcəyik.
Amerika bizə misli görünməmiş və güclü mandat verdi. indi əsas məsələ geosiyasi müstəvidə nələrin dəyişə biləcəyi hərkəsdə sual doğurur?
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, artıq Amerika Birləşmiş Ştatlarında prezident seçkilərinin ilkin hesablanmalarına görə Donald Tramp qalib gəlib:“Donald Trampın yenidən iqtidara gəlməsi nələrisə dəyişəcəkmi?
məsələsinə obyektiv baxmaq üçün Amerika siyasətini nəzərdən keçirmək lazımdır.
Çünki Amerika siyasətində prezidentlərin rolu o qədər də önəmli deyil.