Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanda tanınmış müxalif siyasətçisi – “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın saxlanılması ilə bağlı detallar məlum olub.
Yeniavaz.com xəbər verir ki, Ermənistan İstintaq Komitəsi Qaqik Tsarukyanın həbsi ilə bağlı video yayıb.
Kadrlarda onlarla Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşının malikanəyə daxil olduğu, Tsarukyanın və bütün təhlükəsizlik işçilərinin yerə yatırılaraq əllərinin arxadan qandallandığı görünür.
Daha sonra siyasətçi və iş adamı əlləri qandallı halda aparılır.
Digər tərəfdən, “Çiçəklənən Ermənistan” Partiyasının mətbuat katibi İveta Tonoyan Tsarukyanın malikanəsində 12 saat axtarış aparıldığını bildirib.
Onun sözlərinə görə, Tsarukyanın “Multi Group” şirkətinə məxsus bütün müəssisələr bağlanıb və möhürlənib. Bu günə qədər təxminən 7000 işçi məcburi məzuniyyətə göndərilib.
Həmçinin, Ermənistan İstintaq Komitəsi Qaqik Tsarukyanın malikanəsindən 190 ədəd heyvan və quş müqəvvası, eləcə də üç şir və bir pələng müsadirə edildiyini bildirib.
Bu heyvanlar müsadirə edildikdən sonar zooparka aparılıb. Tsarukyanın malikanəsindən götürülmüş heyvanlar zooparka xüsusi evtanaziya üsulu ilə çatdırılıb.
İstintaq Komitəsi qanunsuz ovun ətraf mühitə 30 milyon dram məbləğində ziyan vurduğunu bildirib. Vəhşi heyvanların və ya quşların qanunsuz ovlanması ilə bağlı daha bir iş açılıb.
Ancaq Qaqik Tsarukyanın zooparka aparılan üç şirindən biri ölüb.
Bu barədə Yerevan Zooparkı məlumat verib. Zooparkdan şirin yaşla bağlı xəstəliklərlə əlaqədar evtanaziya edildikdən sonra oyanmadığını qeyd edib.