Tsarukyan da, Köçəryan da həbs ediləcək

18.06.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdə çıxışı zamanı müxalifətlə bağlı danışıb. O, müxalifətə müqavimət göstərilməli olduğunu söyləyib.

"İndi "üçbaşlı müharibə partiyası" bu sülh sazişini (Azərbaycanla - red.) şübhə altına alır. Məlum olur ki, Ermənistan parlamentində sülh arxitekturasını qəbul etməyən bir qüvvə mövcuddur. Bu, təhdidlər yaradır və birbaşa reaksiyalara səbəb olur. Biz bu səbəb-nəticə əlaqələrini görməli və onlara müqavimət göstərməliyik", - N.Paşinyan vurğulayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə səsləndirdiyi sərt mesajlar ölkədə siyasi gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Ekspertlər hesab edirlər ki, hakimiyyətlə müxalifət arasında qarşıdurma daha da dərinləşə bilər. 

Modern.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Nikol Paşinyanın parlamentdəki çıxışını çox radikal çıxış kimi dəyərləndirmək olar:

“O, açıq şəkildə Ermənistan müxalifətinə barmaq silkələdi. Nəticə etibarilə, müxalifəti gözləyən çox sərt aqibət barədə xəbərdarlıq etdi. Ümumiyyətlə, Ermənistan müxalifətinin fikrincə, seçkidən sonra parlamentdə təmsil olunan siyasi partiyaların legitimliyi yoxdur, onlar məhz rüşvət hesabına səs toplamağa nail olublar. Buna görə də onların fəaliyyətinə hüquqi qiymət verilməlidir.

Artıq Robert Köçəryanın ölkədən çıxışına qadağa qoyulub. Bu onu göstərir ki, Paşinyan müxalifət liderlərinə qarşı amansız olacaq. Amma bunun da səbəbi var. Vaxtilə Köçəryan və onun kimiləri özləri müxalifətə qarşı amansız olublar. Bu və ya digər şəkildə Ermənistan daxilində hansı terror hadisələrinin baş verdiyini bilirik.

Müxalifət liderləri Cənubi Qafqazda sülh prosesinə də mane olmaq istəyirlər. Xarici qüvvələrin bu və ya digər şəkildə erməni məsələsindən istifadə etdiklərini bilirik. Bunun nəticəsidir ki, 100 ildən artıq bir dövrdə Qafqazda sabitlik olmayıb. Lakin bu gün bunun üçün imkanlar var. Bu imkanı dəyərləndirmək üçün mütləq şəkildə xarici qüvvələrin əmrlərindən uzaq olan, onlara itaət etməyən şəxslərin hakimiyyətdə olması vacibdir.

Məlumdur ki, Ermənistandakı seçkidən sonra Konstitusiya dəyişiklikləri ilə bağlı məsələ də bir qədər sual altına düşüb. Ona görə ki, Paşinyanın partiyasında mütləq çoxluq yoxdur. Digər tərəfdən, hətta mütləq çoxluq olsa belə, seçkilər milli məsələdə erməni xalqının hələlik referendumda Paşinyanın istədiyi cavabı verməyə biləcəyini göstərdi.

Buna görə Azərbaycan və Ermənistan arasında sülh prosesi davam edəcək. Sülh müqaviləsinə gəldikdə isə, bu, sonuncu mərhələdə atılan addım olacaq. Davam edən sülh prosesində Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu, ilk növbədə Zəngəzur dəhlizinin açılması, kommunikasiyalarla bağlı götürülən öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Eyni zamanda separatçıların bütün rəmz və ofislərinin Ermənistanda ləğv edilməsi məsələsidir. Bu məsələ həllini tapmalıdır.

Bu məsələlər içərisində Konstitusiyanın yenilənməsi də var idi. İndiki məqamda isə əsas məsələ sülh prosesini davam etdirmək, aradakı maneələri aradan qaldırmaq, daha sonra referendum keçirmək və sülh müqaviləsini imzalamaqdır”.

Politoloq Köçəryan və Tsarukyanın həbsi barədə qərar verilə biləcəyini vurğulayıb:

“Çox güman ki, Qaqik Tsarukyan və Robert Köçəryanla bağlı həbs qərarı verilə bilər. Xüsusilə də Robert Köçəryanın həbsi məsələsi gündəmə gələ bilər. Qaqik Tsarukyanla bağlı isə maliyyə qaynaqlarının və şirkətlərinin əlindən alınmasından söhbət gedə bilər. Bu proses gec-tez Samvel Karapetyana da çatacaq. İlk növbədə isə müxalifət liderləri arasında Qaqik Tsarukyan və Robert Köçəryanla bağlı addımlar atılacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью