Tsxadadze hələ də istədiyi oyunçunu tapa bilməyib Məmmədovun cəza müddəti başa çatdı

27.08.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının 3-cü turunda "Şamaxı"nı qəbul edəcək "Qəbələ"nin heyəti ilə bağlı son vəziyyət açıqlanıb.

Bu barədə Fanat.Az-a "qırmızı-qaralar"ın sözçüsü Elnur Məmmədli məlumat verib:

"Hazırda heyətdə cəzalı və ya zədəli oyunçu yoxdur. Komanda qarşıdakı oyuna tam heyətlə hazırlaşır. Yeri gəlmişkən, məşqçi Asif Məmmədovun ötən mövsüm aldığı 20 oyunluq cəzası da artıq başa çatıb".

Məmmədli bölgə klubunun dayaq yarımmüdafiəçisi mövqeyinə yeni futbolçu axtarışlarını davam etdirdiyini və baş məşqçi Kaxaber Tsxadadzenin bir neçə oyunçunu nəzərdən keçirdiyini də diqqətə çatdırıb. 

"Qəbələ" - "Şamaxı" qarşılaşması avqustun 29-da keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüşün start fiti 18:00-da səsləndiriləcək. Meydan sahibləri əvvəlki 2 turda keçirdiyi matçların hər iksində uduzubsa, qonaqların 1 xalı var.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью