Tualet çənini akvariuma çevirdi (Video)

03.10.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial mediada yayılan qeyri-adi görüntülər istifadəçilərin diqqətini cəlb edib. Bir mühəndisin tualet rezervuarını akvariuma çevirməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az xəbər verir ki, layihə çərçivəsində rezervuarın daxili hissəsində xüsusi sistem quraşdırılıb və balıqların yaşaması üçün uyğun şərait yaradılıb. İşıqlandırma ilə də təchiz edilən şəffaf çənin içərisində balıqların hərəkəti görüntülərə fərqli görünüş verib.

Paylaşılan videoda akvariuma çevrilmiş tualet çənində üzən balıqları görmək mümkündür. Qeyri-adi ideya sosial şəbəkə istifadəçiləri arasında təəccüb doğurmaqla yanaşı, yaradıcı həll kimi də müzakirə edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью