Tualetə telefonla getmək babasil yaradır Həkim

20.11.2024

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tualetə telefonla girmək insan sağlamlığı üçün zərərlidir.

News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, bu barədə türkiyəli diyetoloq Büşra Çalışkan danışıb. O bildirib ki, telefonla yanaşı, planşet, qəzet, jurnalla tualetə getmək də bağırsaq üçün ziyanlıdır.

"Hansı ilə getdiyinin heç bir fərqi yoxdur. Tualetdə çox vaxt keçirən zaman əlimizə aldığımız hər şey beyinlə bağırsaq arasındakı əlaqəni, xəbərləşməni tamamilə kəsir. Buna görə də tualetdə daha çox vaxt keçiririk. Bu da babasilə səbəb olur. 

Əgər həzm sisteminizin normal işləməyini istəyirsinizsə, tualetdə olarkən əlinizə heç nə almayın" - o söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью