TÜBİTAK kosmik texnologiyalar sahəsindəki təcrübəsini “Azərkosmos” ilə bölüşəcək

24.04.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu razılaşma peyk texnologiyaları sahəsində iki qardaş ölkə arasında elmi-texniki əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində tərəflər peyklərin hazırlanması, Yerin müşahidəsi və peyk təsvirlərindən istifadə sahələrində bilik və resurs mübadiləsi həyata keçirəcəklər.

Memoranduma əsasən, “Azərkosmos” tələb olunan peyk təsvirlərini təqdim edəcək, TÜBİTAK isə kosmik texnologiyalar sahəsindəki bilik və təcrübəsini bölüşəcək.

Tərəflər, eyni zamanda, beynəlxalq kosmik layihələrdə, xüsusilə də türk dövlətləri ilə bağlı təşəbbüslərdə birgə fəaliyyət göstərməyi və innovativ layihələr reallaşdırmağı hədəfləyirlər.

Bu əməkdaşlıq iki ölkə arasında elmi-texnoloji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir və regional kosmik təşəbbüslərin inkişafına mühüm töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью