Tudordan məğlubiyyətə şərh

27.06.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Yuventus”un baş məşqçisi İqor Tudor Klublararası Dünya Çempionatında “Mançester Siti”yə uduzduqları oyunu şərh edib.

Futbolpress.az DAZN-a istinadən xəbər verir ki, mütəxəssis 2:5 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Onlar komanda olaraq bizdən daha yaxşı idilər. Oyuna nəzarət etdilər və belə halda mübaroizə aparmaq çətinləşdi. İkinci hissədə dəyişiklik edib, geridönüş arzusunda olsaq da, alınmadı. Onlara qarşı pressinq etmək asan deyil. Komanda şəklində daha yaxşı oynamalıyıq”.

“Yuventus” qrupu ikinci, “Mançester Siti” isə birinci sırada bitirib. Turin təmsilçisinin növbəti rəqibi “Real” olacaq. “Mançester Siti” isə “Əl Hilal”la üz-üzə gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью