Tudorlu Yuventus ilk məğlubiyyətini aldı VİDEO

24.04.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

İtaliya A Seriyasında 33-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, səfərdə "Parma"nın qonağı olan "Yuventus" 0:1 hesablı məğlubiyyətlə üzləşib. Bu, "Yuventus" üçün yeni baş məşqçisi İqor Tudorun gəlişindən sonra ilk məğlubiyyətdir. Belə ki, daha öncəki 3 qarşılaşmada 2 qələbə 1 heç-heçə qeydə alınıb.

Qeyd edək ki, bu matçdan sonra "Yuventus" 59 xalla 5-ci, "Parma" isə 31 xalla 15-ci pillədə qərarlaşıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью