Tufan Erhürmanın halı tədbirdə pisləşdi Təcili xəstəxanaya çatdırıldı

11.07.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Şimali Kiprin Prezidenti Tufan Erhürman xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Lefkoşadakı keçmiş prezidentlik binasında keçirilən tədbirdə halı pisləşən Erhürman təcili tibbi yardım maşını ilə Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Kardiologiya Şöbəsinə hospitalizasiya edilib.

Qeyd olunub ki, Prezident Tufan Erhürmanın qan təzyiqinin düşməsi ilə əlaqədar halı pisləşib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью