Tüfəngin patronu əlində partladı, ağır yaralandı

25.11.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şirvan sakininin əlində patronun partlaması nəticəsində sol əlindən ağır xəsarətlər alıb.

Axar.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1998-ci il təvəllüdlü Abdullazadə Həmdül Tahir oğlunun, özünün bildirdiyinə görə, onun əlində ov tüfənginin patronu partlayıb.

Nəticədə o, sol əlin çoxsaylı ağır travmaları ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.

Onun əlində ixtisaslı cərrahiyə əməliyyatının aparılması üçün paytaxt xəstəxanalarından birinə təxliyə olunması gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью