Tuğyan anasını ayağından tutaraq pəncərədən atdı

02.10.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) ölümü ilə bağlı məhkəmə prosesində prokuror müttəhim Tuğyan Ülkəm Gülter (Güllünün qızı - red) barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edib. Məhkəmə prosesi oktyabrın 9-na təxirə salınıb.

Axşam.az xəbər verir ki, məhkəmədə Tuğyan ittihamları rədd edib və anasının ölümündə əli olmadığını bildirib:

"10 aydır çox ağır prosesdən keçirirəm. Hər gün tənqid olunuram, şəxsi və ailə həyatım mediada paylaşılır. Məni ən çox incidən anamın acısını yaşaya bilməməyim və qızımı görə bilməməyimdir. Mənim vicdanım təmizdir. Etmədiyim bir şeyə görə ittiham olunuram. Həqiqəti bir mən, bir də Allah bilir.

Anam salonda idi. Biz Sultanla (Sultan Nur Ulu - ifaçının qızı Tuğyanın rəfiqəsi - red.) oynayırdıq. Sonra anam da gəldi və oynadı. Sultan güzgüyə tərəf dönmüşdü, mən isə onun qarşısında idim. Sonra bir səs eşidildi. Arxaya çevriləndə anam artıq orada deyildi. Sonra Sultana "Qaç!" deyə qışqırdım. Birlikdə aşağı düşdük.

Mənim arxam anama tərəf idi. Anam yıxılanda ona hər hansı bir şeyin toxunduğunu görmədim. Anam spirtli içki qəbul etmişdi. Otağımın döşəməsində hər hansı yaşlıq yox idi, bunu fərq etməmişdim. Hadisə zamanı Sultan güzgüyə baxırdı. Güclü bir səs eşidəndə şoka düşdüm. Telefonu götürüb dərhal aşağı düşdüm. Əgər hadisəni görsəydim, onsuz da onu tutmağa çalışardım. Anamın hansı vəziyyətdə yıxıldığını xatırlamıram".

İş üzrə şahid Sultan Nur Ulu isə məhkəmədə Gülterin anasını ayağından tutaraq pəncərədən atdığını gördüyünü iddia edib:

"Hadisə zamanı otaqda idik, roman havası çalırdı. Mən güzgüyə tərəf dönmüşdüm. Başımı çevirdikdə Tuğyanın anasını ayağının üst hissəsindən tutaraq pəncərədən atdığını gördüm.

Tuğyan yatağın üstündəki telefonu götürüb "Qaç!" deyə qışqırdı. Şoka düşmüşdüm və onun arxasınca aşağı endim.

İlk ifadəmdə bunları danışmadım, çünki qorxurdum. Hadisədən sonra, dəfn mərasimindən sonra Tuğyan mənə "Mən yansam, sən də yanarsan" dedi.

Qorxduğum üçün həqiqətləri əvvəlcə demədim. Daha sonra dözə bilmədim və hər şeyi danışmaq istədim. Sonradan ifadə verərkən həqiqəti söylədim. Tuğyanın əvvəllər belə bir şey edəcəyini dediyini eşitməmişdim. Onun anası ilə böyük mübahisələrinə də şahid olmamışam".

Məhkəmə heyəti Tuğyanın həbsinin davam etdirilməsinə qərar verib. Növbəti məhkəmə iclası 9 oktyabra təyin olunub. İş üzrə yekun qərarın həmin iclasda çıxarılıb-çıxarılmayacağı hələlik məlum deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью