Tuhel klub məşqçiliyinə qayıtmaq istəyir

12.11.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tuhel klub məşqçiliyinə qayıtmaq istəyir

İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel gələcəkdə klub səviyyəsində məşqçiliyə qayıda biləcəyini istisna etməyib.

QOL.az xəbər verir ki, 53 yaşlı mütəxəssis "The Telegraph"a açıqlamasında 2028-ci il Avropa çempionatına qədər İngiltərə millisindən ayrılmayacağını bildirib. Bununla belə, həmin turnirdən sonra bütün təklifləri nəzərdən keçirməyə açıq olduğunu vurğulayıb.

“Bir mövsümdə 50 oyun keçirdiyimiz günlər üçün darıxıram. Hər şeyin artıq başa çatdığı o iki dəqiqə məndə çatışmır. Dolub-daşan stadion, yanan projektorlar, səni bürüyən emosiyalar... Sən də bütün bunların bir hissəsisən. Sonra final fiti səslənir və yenidən tunelə doğru gedirsən. Bu zaman komandanın necə qələbə qazana biləcəyi barədə düşünürsən”, – deyə Tuhel bildirib.

Qeyd edək ki, Tuhel 2025-ci ilin yanvar ayından İngiltərə milli komandasına rəhbərlik edir. Klub səviyyəsində o, "Bavariya", "Çelsi", PSJ, "Borussiya Dortmund" və "Maynts" kimi klublarda məşqçilik edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью