Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kikboksçu Tülin Ələkbərovanın "Burju baku" restoranında Kəmalə adlı qadını döyməsinin təfərrüatı məlum olub.
Qaynarinfo-nun məlumatına görə, 2004-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, məşqçi işləyən Tülin Ələkbərova Kəmalə adlı qadını ayaqyoluna girmək üstündə döyüb.
Sözügedən restoranda Tülin Ələkbərova içkinin təsirindən özünü pis hiss edib. Sevda adlı tanışı onu ayaqyoluna aparıb.
Bu zaman içkinin təsirindən özünü pis hiss edən Kəmalə adlı qadın da ayaqyoluna gedib.
Zərərçəkmiş qadın məhkəmə ifadəsində bildirib ki, içəri daxil olmaq istəyib, amma Sevda ona imkan verməyib.
O, ayaqyoluna gəldiyini və hansı səbəbdən onu içəri buraxmadığını soruşsa da, sonuncu buna məhəl qoymayıb və ondan gözləməyi tələb edib: "Çölə çıxaraq təxminən 5 dəqiqə gözlədim.
Artıq özümü pis hiss etdiyim üçün gözləyə bilmədim və yenidən içəri girməyə cəhd göstərdim.