Tülkünün dişlədiyi qadın quduzlaşdı

13.12.2024

Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Volqoqrad əyalətində 44 yaşlı qadını tülkü dişləyib.

“Medicina” xəbər verir ki, qadını 3 gün öncə tülkü yüngül dişləyib. Lakin qadın özündə heç bir ağırlıq görmədiyi üçün həkimə müraciət etməyib və yaranı yuyub.

Lakin 2 gün sonra o su içərkən güclü panika və qorxu keçirib və su içə bilməyib. Bu isə hidrofobiya əlamətidir.

Qadını dərhal reanimasiyaya yerləşdirib quduzluq əleyhinə terapiya aparılıb, lakin o,ş 3 gün ərzində vəfat edib.

Həkimlər bildirir ki, istənilən çöl heyvanının hücumu və dişləməsindən sonra hətta heç bir ciddi bir şey olmasa da həkimə müraciət etmək vacibdir.


Aygün M

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью