Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gül qabları, stol və masalar, bir-birindən maraqlı əl işləri...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, müxtəlif rənglərdə olan bu əşyaları Ucar sakini Ramiz Mirzəyev hazırlayır.
Köhnə avtomobil şinlərini toplayaraq onları müxtəlif formalarda kəsir, rəngləyir və yeni görkəmə salır. Nəticədə ortaya gül qabları, stol, masa və digər dekorativ əşyalar çıxır.
Ramiz Mirzəyevin sözlərinə görə, bu işə marağı zamanla yaranıb. İlk baxışdan yararsız görünən təkərlərin belə faydalı və gözoxşayan əşyalara çevrilə biləcəyini öz əl işləri ilə sübut edir.
Ramiz usta bu sənətlə artıq 3 ildir məşğuldur. Hətta sifarişlər də almağa başlayıb.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)