Tullantılar və təmiz gələcək | Icma.az
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir qədər əvvəl başa çatmış 29-cu iqlim sessiyasının əsas məqsədi qlobal istiləşmənin qarşısının alınması, ekosistemin balansının qorunması istiqamətində növbəti tədbirlərin müəyyənləşdirilməsi idi.
Bu hədəfi gerçəkləşdirmək üçün neytral iqlim, resurs qənaətli və qapalı təsərrüfat dövriyyəli dayanıqlı “yaşıl” iqtisadiyyata keçidi sürətləndirmək üzv dövlətlər qarşısında mühüm vəzifə kimi qoyulmuşdu.
Konfransda istər iqlim dəyikliyinə, istərsə də ətraf mühitin çirklənməsinə təsir edən tullantıların yaratdığı mənfi təsirlərin qarşısının alınması əsas müzakirə mövzularından biri idi.
ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayevin redaksiyamıza təqdim etdiyi materialda da bu barədə ətraflı bəhs edilir: – Tarix boyu insanların fəaliyyət dairəsinin genişlənməsi və iş intensivliyinin yüksəlməsi, nəhayət, biosferanın yeni keyfiyyət halına düşməsi ilə nəticələnib.
Başqa sözlə, bəşəriyyət tarixini iqtisadi inkişaf və ardıcıl qaydada biosferanın – ekosistemin dağıdılması tarixi kimi qiymətləndirmək olar.
Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, əgər XX əsrin əvvəllərində ümumdünya məhsulunun illik həcmi, təxminən, 60 milyard ABŞ dolları həcmində idisə, 2023 ildə dünya iqtisadiyyatı bu qədər məhsulu 2,2 saatdan daha az vaxtda istehsal edib.
Belə ki, 2023-cü ildə ümumdünya məhsulunun həcmi 105 trilyon dollara çatıb, yəni 120 ildə dünya təsərrüfat sistemi 4 min dəfə artıb.
Tam oxu
Xəbəri oxu