Tullantıları İdarəetmə Mərkəzinin direktoru dəyişib

27.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə yeni direktor təyin edilib.

"Report" xəbər verir ki, bu, Hüseyn Həsənovdur.

O, şirkətin rəhbərliyində Mübariz Şirinovu əvəz edib.

Xatırladaq ki, "Tullantıları İdarəetmə Mərkəzi" 2004-cü ildə təhlükəli tullantıları zərərsizləşdirmək məqsədi ilə "Təhlükəli Tullantılar" adı ilə Sumqayıtda yaradılıb, 2024-cü ildə adını indikinə dəyişib. Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət hazırda Abşeron rayonunun Pirəkəşkül kəndində fəaliyyət göstərir.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью