Tullantıları təbiətə axıdan restoranın icarədarı cəzalandırıldı Yeni Çağ Media

10.12.2024

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Abşeron rayonu ərazisində keçirilən növbəti tədbirlər zamanı Fatmayı kəndində yerləşən restoranların birindən tullantı sularının kənara təyinatsız axıdılması və atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması aşkar olunub.

Yenicag.az xəbər verir ki, həmin restoranın icarədarı barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Məmmədli qəsəbəsi ərazisində keçirilən tədbir zamanı isə Kürdəxanı gölü ərazisində qanunsuz ov edən bir nəfər aşkar olunaraq barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью