Tullantıya çevrilən tenderlər Bu qurumların tenderləri niyə ləğv edildi?

25.04.2025

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkənin bir neçə səhiyyə müəssisəsi tərəfindən elan olunan tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satınalınması üzrə tenderlər nəzarət orqanının qərarı ilə ləğv edilib.

Mia.az Fed.az-a istinadla xəbər verir ki, ləğv olunan tenderlər arasında "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" PHŞ, "Masallı Rayon Mərkəzi Xəstəxanası" PHŞ və "Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi" PHŞ-yə məxsus müsabiqələr yer alır.

Qəbələ Rayon Mərkəzi Xəstəxanası tərəfindən elan olunan tenderin ehtimal olunan məbləği 76.095,62 AZN idi. Müsabiqə 17 fevral 2025-ci il, saat 15:35-də dərc olunmuştəkliflərin son təqdimat və zərflərin açılış tarixi isə 12 mart 2025-ci il, saat 16:00 olaraq göstərilmişdi.

Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən tenderin ehtimal olunan dəyəri 117.790,00 AZN olub. Bu tender 19 fevral 2025-ci il, saat 17:11-də dərc edilibtəkliflərin qəbulu və açılışı 14 mart 2025-ci il, saat 10:00-da baş tutmalı idi.

Digər ləğv olunan tender isə Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi tərəfindən elan edilib. Bu müsabiqənin ehtimal olunan qiyməti 31.517,35 AZN təşkil edirdi. Tender 18 fevral 2025-ci il, saat 14:58-də dərc olunmuştəkliflərin qəbulu və zərflərin açılışı 12 mart 2025-ci il, saat 15:00-da planlaşdırılmışdı.

Bütün bu tenderlərin ləğv səbəbi kimi nəzarət orqanının qərarı göstərilib. Ləğv qərarının detalları açıqlanmasa da, ard-arda baş verən bu qərarlar diqqət çəkir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью