“Tuluza” Fransa çempionatında səfər qələbəsi qazandı

17.10.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa Liqa 1-in yeddinci turunda “Tuluza” səfərdə “Le Man”ı 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qonaqların heyətində 46-cı dəqiqədə Cordan Rassell-Rou, 59-cu dəqiqədə Aron Dönnum və 87-ci dəqiqədə Kasper Tenqstedt fərqləniblər.

Bu qələbədən sonra “Tuluza” doqquz xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. Altı xalı olan “Le Man” isə 15-ci yerdədir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью