Tümen vilayətində neft yatağında baş verən partlayışın görüntüləri yayıldı

19.02.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Tümen vilayətində yerləşən Radonejsk neft yatağında baş verən partlayışın görüntüləri sosial şəbəkələrdə yayılıb.

BAKU.WS xəbər verir ki, Baza Telegram kanalının məlumatına görə, ötən axşam yataqda qaz, neft və su qarışığının yer səthinə çıxması nəticəsində yanğın baş verib.

Hadisə nəticəsində qazma qurğusunun iki işçisi ağır yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin ağır olduğu bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью