Tüməndə Qələbə Günü atəşfəşanlığı ləğv edildi

07.05.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Rusiyanın Tümen şəhərində 9 May – Qələbə Günü münasibətilə planlaşdırılan bayram atəşfəşanlığı ləğv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə şəhər meri Maksim Afanasyev məlumat verib.

Onun sözlərinə görə, qərar şəhər sakinlərinin təhlükəsizliyini maksimum səviyyədə təmin etmək məqsədilə qəbul olunub.

Bununla yanaşı, 9 May tədbirləri tamamilə ləğv edilməyib. Şəhərdə “Qələbə salamı!” paradı, “Ölməz Alay” yürüşü, həmçinin mərkəzi meydanlarda və sahilboyu ərazilərdə konsert proqramları keçiriləcək.

Mer bildirib ki, “Qələbə şəfəqi” adlı ənənəvi tədbir çərçivəsində xüsusi salamlanma mərasimi də təşkil olunacaq.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью