Tuncay Şamil 50 ci yubiley dünya çempionatının gümüş medalını qazandı

09.11.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan samboçusu Tuncay Şamil Daşkənddə keçirilən böyüklər arasında sambo üzrə 50-ci yubiley dünya çempionatında gümüş medal qazanıb. 98 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala qədər Ermənistan, Gürcüstan və Özbəkistan təmsilçiləri üzərində qələbə qazanıb.

"Neftçi" idman klubunun yetirməsi olan Tuncay Şamil məşqçisi Səliman Ağayevin rəhbərliyi altında uğurlu çıxış edərək dünya çempionatının finalına yüksəlib.

Həlledici görüşdə o, üçqat dünya və ikiqat Avropa çempionu olan Rusiya təmsilçisi ilə qarşılaşıb. Gərgin mübarizədən sonra rəqibinə məğlub olan Tuncay Şamil dünya çempionatının gümüş medalına sahib olub.

Bu nəticə gənc idmançının karyerasında mühüm nailiyyət olmaqla yanaşı, Azərbaycan sambosunun beynəlxalq arenadakı uğurlarına da əhəmiyyətli töhfədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью