Tuncay Şanlı istefaya göndərildi

04.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Türkiyənin “Ümraniyespor” klubunun baş məşqçisi Tuncay Şanlı ilə yollar ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Türkiyəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Ümraniyespor” hazırda 19 xalla 11-ci sırada qərarlaşıb.

Qeyd edək ki, Tuncay Şanlı bu ilin iyun ayından "Ümraniyespor"u çalışdırırdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью