Tunel tikintisi çökdü: İşçilər xilas edildi

10.07.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində inşası davam edən tunelin bir hissəsi çöküb. 

News24.az CNN  Türk-ə istinadən xəbər verir. 

Hadisə zamanı tunelin girişindən təxminən 9,6 kilometr aralıda qalan 31 işçi təxminən bir saatlıq müdaxilədən sonra xilas edilib.

Los-Ancelesin yanğınsöndürmə xidməti hadisəni təsdiqləyib. Şəhər bələdiyyəsi Karen Bass sosial mediada verdiyi açıqlamada bütün işçilərin sağ-salamat xilas edildiyini bildirib.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью