Tunis də mundialla vidalaşdı: DÇ 2026 da üç komanda ələndi

21.06.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tunis millisi dünya çempionatı-2026-da mübarizəni vaxtından əvvəl dayandırıb.

İdman.Biz xəbər verir ki, F qrupunun ikinci turunda Yaponiya ilə qarşılaşan Afrika təmsilçisi 0:4 hesabı ilə məğlub olub. İlk turda İsveçə 1:5 hesabı ilə uduzan Tunis iki oyundan sonra xal qazana bilməyib və qrupda sonuncu pillədə qalıb.

Bu nəticədən sonra Tunis pley-off şansını itirib. Komanda mundialla vaxtından əvvəl vidalaşan üçüncü yığma olub.

Buna qədər Haiti və Türkiyə milliləri də DÇ-2026-da növbəti mərhələ şansını itirib. Haiti C qrupunda, Türkiyə isə D qrupunda keçirdiyi ilk iki oyundan sonra pley-offa çıxmaq imkanından məhrum olub. Yeni reqlamentdə xallar bərabər olduqda əsas göstəricilərdən biri şəxsi oyunlar olduğu üçün hər iki komandanın son turdan əvvəl şansı qalmayıb.

Qeyd edək ki, Yaponiya Tunis üzərində qələbəni Daiçi Kamada, Ayase Ueda və Cunya İtonun qolları ilə qazanıb. Ueda matçda dubl edib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью