Icma.az, Apasport saytına istinadən bildirir.
DÇ-2026-da mübarizə aparan Tunis millisinin yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.
Yığma komanda fransalı mütəxəssis Erve Renara tapşırılıb. O, bu postda DÇ-2026-nın qrup mərhələsinin ilk turunda İsveçə 1:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən Sabri Lyamuşini əvəzləyib.
Renar daha əvvəl Səudiyyə Ərəbistanı millisini, həmçinin Fransanın qadınlardan ibarət yığmasını çalışdırıb.
Qeyd edək ki, F qrupunda yer alan Tunis növbəti oyununu iyunun 21-də Yaponiya millisinə qarşı keçirəcək.
DÇ-2026: Səudiyyə Ərəbistanı Uruqvayla xalları bölüşüb - YENİLƏNİB DÇ-26: Belçikadan qollu sülh - YENİLƏNİB İsveçdən 88 illik rekord DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? Dç-2026: Almaniya qol oldu, Kurasaoya yağdı - YENİLƏNİB