Tunis sahillərində ən azı 27 miqrant həlak olub

02.01.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Saxaradan cənubdakı Afrika ölkələrindən olan miqrantları daşıyan iki qayığın Tunis sahillərində qəzaya uğraması nəticəsində ən azı 27 nəfər həlak olub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Mosaique FM” radiosu məlumat yayıb.

Məlumata görə, 83 nəfər xilas edilib. Hadisə Sfaks şəhəri yaxınlığında baş verib. Ölənlər arasında qadın və uşaqlar var. Qayıqlarda ümumilikdə təxminən 110 nəfər olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью