Icma.az, Azertag portalına istinadən məlumat verir.
Qahirə, 22 aprel, AZƏRTAC
Aprelin 22-də Tunisdə regionun ən böyük hərbi təlimləri başlayır. Təlimlərin bu mərhələsi aprelin 30-dək davam edəcək. May ayında isə Qana, Seneqal və Mərakeşdə növbəti mərhələ keçiriləcək.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, “Afrika şiri 2025” adlandırılan müştərək hərbi təlimlərdə 40-dan çox ölkədən 10 mindən çox hərbçi iştirak edəcək. Bu, Afrikada ABŞ-ın komandanlığı altında keçirilən ən mühüm hərbi təlimlərdir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə