Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Sidi-Buzid quberniyasının Mezzuna əyalətində lisey binasının divarının uçması nəticəsində 3 tələbə həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər baş verib.
Qəzaya səbəb kimi güclü külək göstərilir. Hadisə yerinə gələn 2 həkim briqadası 18-19 yaşlarında 3 tələbənin ölümünü qeydə alıb. Daha 2 yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Tunis parlamentinin Sidi-Buziddən seçilmiş deputatı faciənin qarşısını vaxtında almağın mümkün olduğunu bildirib. 1980-ci ildə tikilmiş liseyin əsaslı təmir olunması ilə bağlı dəfələrlə məsələ qaldırıldığını deyən deputat yerli hakimiyyət orqanlarının müraciətlərə etinasız yanaşdığını söyləyib.
L.Tağıyeva