Icma.az bildirir, 525.az saytına əsaslanaraq. Tunis 1950-ci ildən bəri ən güclü yağışla mübarizə aparır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, rekord qıran yağışların səbəb olduğu daşqınlarda 4 nəfər həlak olub.
Ölümlər ən güclü yağışın bazar ertəsi və çərşənbə axşamı qeydə alındığı Moknine şəhərində baş verib.
Milli Meteorologiya İnstitutu ölkənin ən böyük metropoliten ərazisi olan Böyük Tunis bölgəsi və Nabeul və Monastir əyalətləri üçün ən yüksək səviyyəli xəbərdarlıq olan "qırmızı təhlükə" elan edib.
Tunisin səkkiz əyalətində təhsil dayandırılıb, əsas yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.
Səlahiyyətlilər şiddətli yağış və güclü külək səbəbindən sakinlərə evlərdə qalmaları barədə xəbərdarlıq edib.
Tunis prezidenti Kays Səid orduya ümummilli xilasetmə əməliyyatlarında iştirak etməyi əmr edib.
İbrahim Cəfərov Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.