Tünzalə Ağayeva: Onları heç vaxt bağışlamayacağam

26.11.2026

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalq artisti Tünzalə Ağayeva heç vaxt bağışlaya bilmədiyi insanlardan danışıb.

Qaynarinfo xəbər verir ki, müğənni xarakterinin sərt olduğunu etiraf edərək, haqsızlıq edən və etibarından sui-istifadə etməyə çalışan insanlarla münasibətlərini dərhal bitirdiyini bildirib.

Sənətçi bu barədə danışarkən deyib:

“Çox özündən razıyam, sərt adamam, acıdil və aqressivəm. Bu gün həyatımda elə insanlar var ki, düşüncələrimi bilirlər. Nəyi bağışlamıram? Bəzən haqsız və ədalətsiz şəkildə mənə “düz etmədin” deyəndə, cavabım belə olur: ”Xoş getdin, qapı açıqdır!” Pisəm? Sənin mənim yanımda nə işin var? “Xoş getdin” dediyim insanlar zəif nöqtəmi müəyyənləşdirib, ən çox inandığım yerdən mənə təsir göstərmək və bundan istifadə etmək istəyiblər”.

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью