Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tünzalə Ağayeva rep oxudu - Video Xalq artisti Tünzalə Ağayeva ard-arda yeni layihələr təqdim edib.OLAY yazır ki, pop ulduz bu dəfə məşhur “Atəşim var, külüm yox” mahnısına yeni nəfəs verib.
Sevilən müğənni əfsanəvi mahnını tam fərqli janr və aranjemanda təqdim edib. Mahnını Emin Karim aranjeman edib.
Mahnının musiqisi və sözləri bəstəkar, sənətçi Suat Sayına məxsusdur. Mahnının rep hissəsini meyxanaçı, şair Fariz Zeynalov yazıb.
Estrada ulduzu mahnı üçün kamera qarşısısına da keçib. Xalq artistinin klipinin rejissoru Nicat Qafuroğlu, operatoru isə Elvin Hacıəliyevdir
Ekran işində geyim üzərində dizayner Aynur Kamranlı çalışıb.
İdeya və styling Tünzalə Ağayevanın şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur.
Pop ulduzun makiyajını Nura Səfərova, saç düzümünü isə Roman Məmmədov edib. Klipin xoreoqrafiyası Nigar İbrahimbəyliyə aiddir.