Tünzalə Ağayeva: Sevginin yaşı yoxdur

22.10.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

"Əlli yaşımda çox xoşbəxtəm. Əlli yaşının xoşbəxt qadını mənəm. Xoşbəxtlik hüzurdur, həyatı olduğu kimi qəbul etməkdir, insanları olduğu kimi sevməkdir. Başda isə özünü sevməkdir. İnsan nə zaman insanlardan qaçır? Özündən qaçanda...

BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva ad günü məclisinə toplaşan jurnalistlərə açıqlamasında bildirib.

50 yaşı tamam olan sənətçi bu yaşını deməkdən çəkinmədiyini vurğulayıb:

"Mən illərdir bu yolu gəlirəm. Bu gün tam o qızıl nöqtədəyəm, yüz ilin tam ortasındayam, yarım əsrin tamamlanmasındayam... Mənə deyirlər ki, əlli yaşında olduğunu demə! Amma mən qürurla deyirəm. O rəqəm bilinməlidir. O rəqəmin arxasında özünəinam var. O rəqəmin arxasında həyatı sevmək var".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью