Tünzalə Ağayevadan eşq etirafı: Evlənməyə yox, amma ….

22.10.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün 50 yaşını qeyd edən Xalq artisti Tünzalə Ağayeva etirafı ilə diqqət çəkib. Doğum günündə jurnalistləri bir araya toplayan sənətçi şəxsi həyatı ilə bağlı suala "Eşq həmişə var" deyə cavab verib.

BAKU.WS xəbər verir ki, sevilən müğənni açıqlamasında bütün qadınlara həmişə sevilməyi və sevməyi arzulayıb.

O qeyd edib ki, sevginin yaşı yoxdur və hər bir insan eşqi gec də olsa yaşaya bilər:

"Mən musiqini, sənətimi, səhnəmi o qədər eşqlə sevirəm ki... Eşq həmişə var. Eşq olmasa, musiqi yazılarmı? Eşq olmasa, Tünzalə belə gözəl olarmı?

Heç bir qadına eşqsiz həyat arzulamıram. Eybi yox... Bir az gec olsun, fərqi yoxdur. Mən sizə bunu tam əminliklə, səmimiyyətlə deyirəm. Sevginin yaşı yoxdur. Evlənməyə yox, amma eşq yaşamağa həvəs var".

Zöhra Pənahi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью