Icma.az, Olay.az portalına istinadən məlumat verir. Tünzalə bu mahnısını yeni tərzdə təqdim etdi Xalq artisti Tünzalə Ağayeva “Mən bu eşqə d
Xalq artisti bununla bağlı fikirlərini bu sözlərlə bölüşüb: “İllərdir bu mahnı bizim yaddaşımızdadır.
Şəxsən mənim də çox sevdiyim mahnılardan biridir. Məktəb illərimdən eşidib sevmişdim bu mahnını.
Bildiyiniz kimi, bu mahnı Türkiyədən bizə gəlib. Onu bəstəkar Suat Sayın yazıb.
Bizə bu nəğməni sevdirən dahi sənətkar, xanəndə Hacıbaba Hüseynov olub.
Düzdür, bu nəğməni bir çox sənətçilər ifa ediblər, amma mənim versiyam tam fərqli oldu.
Məndə arabesk, ritmik rəqs ab-havasına deyil, daha çox dramatik, lirik notlara toxunulub. Hesab edirəm ki, yanaşmam bu mahnıya çox yaraşıb.
Ümumiyyətlə belə dillərəzbərinə çevrilən mahnıları yenidən işlənilməsi, məni daim çox həyəcanlandırıb.