Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sənətçinin atasının vəfatı ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, Röyal sosial şəbəkə hesabında aktrisanın atası haqqında xatirələrini bölüşüb. O, “Toppuş bacı”nın vəfatından sonra atasının da ağır günlər keçirdiyini bildirib.
“Tünzalə deyirdi, atam iki işdə işləyirdi ki, məni oxutsun. Səhər alüminium zavodunda, qalan vaxtlarda isə usta işləyirdi. Əlbəttə, Tünzalənin getməyi ona çox təsir etdi. Birtəhər dözdü, şərəflə yaşadı, heç kimə yük olmadı” deyə, Röyal yazıb.
Qeyd edək ki, Məcid Əliyev bir neçə gün əvvəl vəfat edib.