Tüpürcək sürət radarını sıradan çıxardı

28.02.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Yaşadığı ölkədən, dilindən, dinindən və yaşından asılı olmayaraq heç bir sürücü radarı sevmir. Burada təəccüblü hal da yoxdur. Bəzi ölkələrdə isə radarlar sürücülərin və etirazçıların hədəfinə çevrilir. 

Avtosfer.az xəbər verir ki, bu günlərdə İsveçrə polisi radarın işinə mane olan unikal halı aşkara çıxarıb. Cenevrə yolunun üstündəki radarın sürət həddini aşan  200-dək avtomobili qeydə almaması polisi hərəkətə keçirib. Qurğuya baxış zamanı məlum olub ki, naməlum şəxslər radarın obyektivinə ot yapıçdırıblar. Həm də bunun üçün tüpürcəkdən istifadə ediblər. Bir neçə gün ərzində polis 20 min frank (36 000 manat) cərimə yığmaqdan məhrum olub. 

Lakin hadisəni törədənlər də tapılıb. Məlum olub ki, bunu tez-tez sürət həddini aşan 2 sürücü törədib. Onlar 2 aylıq gəlirləri (gündəlik 70 frank) məbləğində cərimə olunublar.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью