Tur avtobusu qəzaya uğradı: 37 nəfər...

03.03.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Türkiyədə tur avtobusu qəzaya uğrayıb.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, Çanaqqalanın Gelibolu rayonunda Yunanıstandan İzmirə gedən tur avtobusu sürücünün sükanı itirməsi nəticəsində yoldan çıxıb.

Bildirilib ki, avtobusda olan 42 sərnişindən 3-ü ağır olmaqla 37-si yaralanıb.

Sərnişinlərin ilk ifadələrinə görə, İzmirə gedən avtobusun Yunanıstan sərhədindəki sıxlıq səbəbindən təxminən 5 saat gözlədiyi iddia edilib.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью